İdman

“Qarabağ”ın rəqibində islahat: legionerlər göndərildi

Çempionlar Liqasının I təsnifat mərhələsində “Qarabağ”ın rəqibi olan “Olimpiya” 5 futbolçusu ilə yollarını ayırıb.

İdmanxeber.com-un məlumatına görə, Sloveniya təmsilçisi Rok Vodişek, Mitç Apau, Ceyson Devidson, Dario Kanadio və Rikardo Alveslə rəsmi şəkildə yolların ayrıldığını bildirib.

Sözügedən futbolçulardan Vodişka, Apau və Alvesin başa çatan müqaviləsi yenilənməyib. Digər futbolçular – Devidson və Kanadio Xorvatiya “Rieka”sı ilə anlaşıblar.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43