“Sevilya”nın futbolçusu Oliver Torres Avropa Liqasının qrup mərhələsinin I turunun “Qarabağ”a Bakıda 3:0 hesabı ilə qalib gəldikləri oyunundan sonra klub saytına fikirlərini açıqlayıb.
24 yaşlı yarımmüdafiəçi qələbəni şərh edib:
“Biz çox istəkli idik. Hər şey ən yaxşı şəkildə alındı. Vahid kollektiv kimi çalışdıq və çoxlu qol imkanları yaratdıq. Boşluqlar tapmaq, eyni zamanda arxada diqqətli olmağı bacardıq. Düzdü, hesabı açmaq çox çətin oldu. Futbolda isə əsas qollardır. Özümü xoşbəxt hiss edirəm. Çünki işlərimiz yaxşı gedir. Həftədən-həftəyə artırırıq. “Qarabağ”la matç bizim üçün böyük oyun idi. Bu qarşılaşmadan da razı ayrılırıq. Qrup mərhələsinə qələbə ilə başlamaq çox vacib idi. Bunun da öhdəsindən gəldik. Artıq irəli baxa bilərik”.