Milli komandaların oyunları il əlaqədar Topaz Premyer Liqasında yaranan fasilə bu həftə başa çatacaq. Çempionatın 14-cü turunda növbəti 5 qarşılaşma baş tutacaq. Bu dəfə turun görüşləri 3 gün ərzində keçiriləcək. Turun mərkəzi oyunu “Şəfa”da “İnter” və “Neftçi” arasında olacaq. Peşəkar Futbol Liqasının rəsmi internet saytı ənənəsinə sadiq qalaraq bu dəfə də üz-üzə gələn cütlərin çempionatlar tarixindəki oyunlarının balansını təqdim edir. Balansda sonradan adını dəyişən klubların varisi olan komandaların nəticələri də əksini tapıb.
14-cü tur
22 noyabr (cümə)
66. “Qəbələ” (Qəbələ) – AZAL (Bakı)
+3=5-7, top fərqi 11-26
Paytaxt təmsilçisi 16-cı dəfə qarşılaşacağı “Qəbələ” ilə qarşılaşmalarda üstünlüyə malikdir. Lakin AZAL səfərdə keçirdiyi son 5 matçda qələbəyə həsrət qalıb. Öz meydanında sonuncu dəfə 6 il əvvəl uduzan “Qəbələ” ardıcıl 3 ev görüşündə bərabərliklə kifayətlənir.
04.11.2006 Gilan (Qəbələ) – Olimpik (Bakı) 0:3
03.05.2007 Olimpik (Bakı) – Gilan (Qəbələ) 3:1
02.09.2007 Qəbələ – Olimpik (Bakı)0:1
15.03.2008 Olimpik (Bakı) – Qəbələ 2:0
18.10.2008 Olimpik (Bakı) – Qəbələ 1:0
12.04.2009 Qəbələ – Olimpik (Bakı) 1:1
17.10.2009 Qəbələ – Olimpik-Şüvəlan (Bakı) 2:1
02.02.2010 Olimpik-Şüvəlan (Bakı) – Qəbələ 0:2
23.10.2010 Qəbələ – AZAL (Bakı) 0:0
19.12.2010 AZAL (Bakı) – Qəbələ 2:2
19.08.2011 Qəbələ – AZAL (Bakı) 1:1
05.11.2011 AZAL (Bakı) – Qəbələ 3:0
29.09.2012 Qəbələ – AZAL (Bakı) 0:0
03.03.2013 AZAL (Bakı) – Qəbələ 6:1
15.09.2013 AZAL (Bakı) – Qəbələ 1:2