27 Dekabr 2024
Ölkə futbolu

“Qəbələ” “Marsel”lə qarşılaşa bilər

29 may – 1 iyun tarixlərində 15 yaşa qədər futbolçulardan ibarət komandalar arasında baş tutacaq III Qəbələ Kuboku beynəlxalq turnirinin daha bir iştirakçısı bəlli olub. “Fənərbağça” (Türkiyə), “Lokomotiv” (Moskva, Rusiya) və “Liverpul”un (İngiltərə) ardından Fransanın “Olimpik” (Marsel) klubu da turnirdə yer alacağını rəsmən təsdiqləyib. Bununla da III Qəbələ Kubokunda mübarizə aparacaq 8 komandadan 5-nin adı dəqiqləşib.

Xatırladaq ki, artıq ənənəyə çevrilən turnirin coğrafiyası ildən-ilə genişlənməkdədir. Bu ilki yarışda ilk dəfə olaraq İngiltərə və Fransa təmsilçiləri yer alacaqlar. Buna qədər İspaniya, Hollandiya, Portuqaliya, Türkiyə, Danimarka, Rusiya, Serbiya və Ukrayna təmsilçiləri turnirdə çıxış etmişdilər.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43