Avropa Liqasında mübarizə aparan və ilk oyununda məğlub olaraq mərhələ şansını möcüzəyə bağlayan “Qəbələ” yeni mövsümün planlarını qurur.
İdmanxeber.com-un əldə etdiyi məlumata görə, əyalət klubu transfer çalışmalarını yalnız 3 oyunçu aldıqdan sonra yekunlaşdıracaq.
“Qəbələ”nin rumıniyalı baş məşqçisi Dorniel Muntyanu iki mövqedəki problemi aradan qaldırmaqla, transfer çalışmalarına “stop” demək fikrindədi. Belə ki, “qırmızı-qaralar” bir müdafiəçi və iki hücumameyilli yarımmüdafiəçi almaqla bu zonadakı çatışmamazlıqları həll etmək istəyir.
Bu transferlərdən sonra isə artıq transfer çalışmalarına yekun vurulacaq.