Dünyadan

“Qəbələ”nin rəqibində 5 illik yeni müqavilə

UEFA Avropa Liqasında "Qəbələ" ilə eyni qrupda yer alan Almaniyanın "Maynts" klubunda yeni müqavilə imzalanıb.

İdmanxeber.com-un məlumatına görə, Bundesliqa təmsilçisi türk əsilli Suat Sərdarın müqavilə müddətini artırıb. 19 yaşlı Suat ilə 2021-ci ilin yayına qədər yeni müqavilə imzalanılıb.

 
Almaniyanın 19 yaşlılardan ibarət komandasının da formasını geyinən Suat növbəti 5 ildə də yetirməsi olduğu "Maynts”ın uğurları üçün çalışacaq.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43