UEFA AVropa Liqası birinci təsnifat mərhələsi cavab oyunları çərçivəsində keçirilən "Qəbələ" – "Dinamo oyununda meydan sahibləri 2:0 hesablı qələbəyə sevndi
İdmanxeber.com-un məlumatına görə, oyundan sonra mətbuat konfransında qəbələlilərin baş məşqçisi Roman Qriqorçuk bunları ddeyib:
"Sevincliyəm. Bu gün qələbə qazanmağa məcbur idik. Bu sevinci sözlə ifadə etmək mümkün deyil. Psixoloji cəhətdən bizə çətin idi. Bunu aradan qaldırmaq üçün çox ciddi işlər gördük. Biz səfərdəki məğlubiyyətimizi analiz edib çox düzgün seçimlər edə bildik. Bizim komanda bu gün ilk oyuna nisbətən daha güclü oynadı. Rəqibdən daha güclü idik. Qələbəyə tam layiq idi. Bayraq yandırmaq kimi hadisələrə çox pis baxıram. Bu futbola xərər gətirir. Bunlar yolverilməzdi. Heç kimi günahlandırmıram, sadəcə öz fikrimi deyirəm. Belə hallar olmasa, daha gözəl olar. Bu sadəcə provokativ qruplardı. Bu açıq-aşkar aydındı. Öz komandamla fəxr edirəm"