08 Sentyabr 2024
Ölkə futbolu

Qurban Qurbanov: “Bəzən “Braqa”nın oyunlarını izləyirik”

Azərbaycan Premyer Liqasınıb XXI turu çərçivəsində keçirilən “Səbail” – “Qarabağ” (1:2) oyunundan sonra qonaq komandanın baş məşqçisi Qurban Qubanov jurnalistlərin suallarını cavablandırıb.

İdmanxeber.az məlumat verir ki, o, əvvəlcə oyunla bağlı fikirlərinai bölüşdü:

– Futbolçularımı təbrik edirəm. Vacib 3 xal qazandıq. Çətin idi oynamaq. Qarşımızda istəkli komanda var idi. Hər iki komandaya uğur arzu edirəm.

– Tahir Gözəl paltardəyişmə otağına getdi. Bunun xüsusi səbəbi var idi?
– Sadəcə təbrik etdi.

– Murad Musayev “Sabah”dan ayrıldı. Buna münasibətiniz necədir?
– Üzüldüm. Təəssüf ki, belə məşqçi Azərbaycandan getdi. İşiniz sevən biri idi. Ona qarşı oynamaq olurdu.

– Musayevin gedişindən sonra 7:1-ə görə barmağınızı dişləmədiniz?
– Heç bir klubun belə məğlub olmasını istəmirəm. Bu futbolçulara yaxşı təsir etmir. İstəməzdim desəm düzgün çıxmır, amma bəzən məşqçi üçün bu məğlubiyyətlərin faydası çox olur.

– “Qarabağ” ikinci hissədə həyacanlı görünürdü…
– Burada deyiləcək fikir yoxdur. İstəkli komadaya qarşı oynayırdıq. Bəhanə gətirmirəm, sadəcə belə stadionda topla davranmaq asan olmur. Onlar topu daha yaxşı hiss edirəm.

– “Braqa” ilə oyunda yarımmüdafiə xəttinə görə narahat deyilsiniz?
– “Braqa” ilə oyuna qədər vaxtımız var. Hər bir futbolçu öz mövqeyinə oynayacaq yəqin ki. Mərkəz müdafiəçilərimiz yaxşıdır. Ona qədər optimal heyəti formalaşdırmağa çalışacam.

– Köməkçiləriniz “Braqa” ilə oyunu izləyəcək. Xüsusi tapşırıq vermisiniz?
– Hər hansı tapşırıqlar olur. Bəzən onların oyunlarını izləyirik. Dəfələrdə demişəm ki, əsas oyunumuzu daha da yaxşılaşdırmaq istəyirik.

– Komandaların çoxu legioner limitini dəyişməyi tələb edirlər. Sizin fikriniz nədir?
– Bu barədə düşünməmişəm. Sizə hər hansı cavab versəm səhv olar.

– Digər komandarı 18 xal qabaqlayan “Qarabağ” növbəti oyunlara necə köklənəcək?
– Buna arxayın ola bilmərik. Bizdə belə düşüncə yoxdur. Peşəmiz elədir ki, futbolçularımız il boyu yaxşı və intizamlı oynamalıdır. Bu, bizə mane olmamalıdır. Qarşımıza qoyduğumuz məqsəd bitmir. Komandanı daha yaxşı hazırlamaq istəyirik.

– Dünən yazı oxudum ki, AFFA prezidetliyinə namizəd kimi sizin adınız hallanır…
– Bir az sosial şəbəkələrdən uzağam. İndi eşidirəm. Mənə aid olan fikir deyil. Hazırda “Qarabağ”dayam bütün diqqətim komandadadır.

“Qalatasaray”ın idman direktoru oyunu izləyirdi. Bu haqda fikriniz nədir? Sizin onunla təkbətək görüşünüz olacaq?
– Düzü indi sizdən eşidirəm. Xoş gəlib Azərbaycana, bu barədə hər hansı görüş planlanmır.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43