Ölkə futbolu

“Qurban Qurbanov futbolçulara ata kimidir”

“Qarabağ”ın futbolçusu Leandro Andrade Portuqaliyanın “Sicnoticias” nəşrinə açıqlama verib.

İdmanxeber.az-ın məlumatına görə, yarımmüdafiəçi Ağdam klubunun son zamanlar uğurlu çıxış etməsinin səbəbləri ilə bağlı danışıb:

“Komandada hamı bir-birinə ailəsi kimi yanaşır. Baş məşqçimiz Qurban Qurbanov işində ciddidir və futbolçulara ata kimidir. O, təkcə futbolumuzdan deyil, rifahımızla da maraqlanır və heç nəyi diqqətdən kənarda saxlamır”.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43