27 Dekabr 2024
Kateqoriyasız

Qurban Qurbanov: “Mahirə çox sual vermədim, hiss etdim ki, bezib”

“Onunla bu barədə çox söhbət etmədim“.

Bu sözləri “Sportinfo TV”nin “Youtube” layihəsi – “Futbol söhbəti”nin qonağı olan “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov deyib.

O, yayda “Qarabağ“dan “Legiya“ya keçən Mahir Emrelinin indi də Polşa klubundan ayrılmaq istəməsinə münasibət bildirib.

Ağdam təmsilçisində 6 mövsüm keçirən 25 yaşlı hücumçunun son vaxtlar yaşadığı problemlərdən danışan təcrübəli mütəxəssis məyusluğunu gizlətməyib:

“Onunla həm buradan gedən ərəfədə, həm də yaxınlarda görüşmüşəm. Mahir həmin vaxt mənə dedi ki, karyeramı ölekə xaricində davam etdirmək istəyirəm.

“Legiya“da yeni mövsümə yaxşı başladı. Sadəcə, klubun içində olmadığımdan, baş verən son hadisələrin səbəbini bilmirəm. Mahirə görə məyusam. Açığı, özüylə son söhbətdə bu barədə ona çox sual vermədim. Hiss etdim ki, bu mövzu onu çox yorub və bezdirib. Çünki hamı ondan bu haqda soruşur“.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43