İdman

Qurban Qurbanov: “O demək deyil ki, Ramil qol vurdu, hər şey qaydasındadı”

Azərbaycan Premyer Liqasının 23-cü turu çərçivəsində keçirilən “Kəpəz” – “Qarabağ” matçı  sonrası baş tutan ənənəvi mətbuat konfransında qonaqların baş məşqçisi Qurban Qurbanov oyunla bağlı fikirlərini bölüşüb. İdmanxeber.com-un məlumatına görə, Ağdam təmsilçisinin çalışdırıcısı qələbə qazandıqları üçün şad olduqlarını bildirib:
“Vacib qələ qazandıq. Gəncədə oyunlar bizim üçün hər zaman ağır keçib. Yunis Hüseynovun komandası yaxşı oyun sərgiləyir”.
– Mahir Mədətovun meydana çıxmaması nə ilə bağlı idi?
– Oyuna tam hazır deyildi
– Ramil Şeydayev “Qarabağ”da ilk qolunu vurdu. Bu barədə nı deyə bilərsiniz?
– Əvəzedici heyətdə fərqlənməyi bacarırdı. Ancaq bu o demək deyil ki, qol vurursansa hər şey qaydasındadı. Qol vurmaq eşqi ilə alışıb yannmalıdırlar. Bununla belə Ramili qol vurduğu üçün təbrik edirəm. Onun adına sevinirəm.
– Ağabala Ramazanov uzun müddətdən sonra meydana çıxdı…
– Normal təsir bağışladı. Yavaş-yavaş bütün futbolçulara şans verməyə çalışırıq.
– Xarici mətbuatda Xama Billatın yayda “Qarabağ”a keçəcəyi bildirilir…
– Qış transfer pəncərəsində adıçəkilən futbolçu ilə maraqlanırdıq. Bundan sizin də xəbəriniz var. Ancaq başqa bir yenilik yoxdu.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43