Kateqoriyasız

Qurban Qurbanov: “Şansları 50-nin 50-yə görürəm”

Avropa Liqasının pley-off mərhələsi çərçivəsində “Tvente” ilə keçiriləcək cavab matçı öncəsi təşkil olunmuş mətbuat konfransında”Qarabağ” klubunun baş məşqçisi Qurban Qurbanov jurnalistlərin suallarını cavablandırıb.

İdmanxeber.com-un məlumatına görə, təcrübəli mütəxəssis bu fikirləri söyləyib:

“Yenidən burada olduğumuz üçün şadam. “Tvente” möhtəşəm stadiona və rəqibə hörmətlə yanaşan fanatik azarkeşlərə sahib bir komandadır. Ot örtüyünün də vəziyyəti yaxşıdır. Burada ilk oyundan fərqli qarşılaşma olacaq və azarkeşlər darıxmayacaq.Müdafiə futbolu oynayacağımızı söyləyə bilmərəm. Bu, matçın gedişidən asılı olacaq. Tvente yaxşı, intizamlı və təşkilatlanmış komandadır. Xüsusilə, müdafiədə inamlı təsir bağışlayırlar. Digər tərəfdən rəqib öz meydanında oynadığı üçün üstünlüyə malikdir. Ancaq intizamlı oynasaq və səhvlər etməsək, bizim də yaxşı nəticə qazanmaq imkanımız var. Şansları 50-nin 50-yə görürəm”.

Qeyd edək ki, “Tvente” – “Qarabağ” oyunu bu axşam, Bakı vaxtı ilə saat 22:30-da başlayacaq.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43