Kateqoriyasız

Qurban Qurbanov: “Zirə”nin bütün səhvlərindən yararlandıq”

Topaz Premyer Liqasının XIV turuna start verilib.

İdmanxeber. az-ın məlumatına görə, “Qarabağ” səfərdə “Zirə”nin qonağı olub. Oyunun ardından Qurban Qurbanov mətbuat konfransı keçirib. O, görüş barəsində bunları deyib:

“Çempionatda bu il son oyunumuz idi. Futbolçular tapşırıqlarımın hamısını yerinə yetirdi. “Zirə”nin bütün səhvlərindən yararlandıq”.

İkinci hissədə beşli müdafiəyə keçdiniz. Bunu “Arsenal”la oyun üçün hazırlıq planı kimi düşünmək olar?

-Deməzdim tam olaraq bunu düşündük. Lakin o oyunu da düşünüb belə bir taktikanı yoxlamaq qərarına gəldik.

Bədavi Hüseynov komandanın ucaboy futbolçularından biridi. Lakin künc zərbələri zamanı arxada dururdu. Bu nə ilə əlaqədardı?

-Ucaboy olmaq başla yaxşı oynamaq anlamına gəlməməlidi. “Zirə”nin sürətli əks hücumlarının qarşısını almaq üçün də, Bədavi arxada dururdu.

– İcraiyyə komitəsinin iclasından bir gün keçib. Özünüzü necə hiss edirsiniz?

-Normal. Hər şey qaydasındadı.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43