“Lester” rəhbərliyi komandanın zəif çıxış etməsinə rəğmən baş məşqçi Klaudiyo Ranyerinin arxasında olduqlarını bildirib.
İdmanxeber.com-un məlumatına görə, ötən mövsüm sürpriz şəkildə İngiltərə çempionu olan “tülkülər” bu mövsüm onlara bəslənən etimadları doğrultmur.
Ancaq komandadakı düşüşə baxmayaraq rəhbərlik italyan mütəxəssisin arxasında olduğunu açıqlayıb.
Qeyd edək ki, Lester təmsilçisi 24 turdan sonra aktivində olan 21 xalla təhlükəli zonada qərarlaşıb.