İdman

“Real” azarkeşləri üçün bundan gözəl xəbər ola bilməz

Kriştianu Ronaldo “Real”la yeni müqavilə imzalayıb.

İdmanxeber.com-un məlumatına görə, bu barədə xəbəri Madrid klubunun rəsmi saytı yayıb.

Məlumatda bildirilir ki, portuqaliyalı forvard 2021-ci ilin iyun ayının sonuna qədər “kral klubu”un uğurları üçün tər tökəcək.

“Santyaqu Bernabeu” stadionunda yeni sözləşməyə imza atan Ronaldo daha 5 il “Real” şərəfini qoruyacağından xoşbəxt olduğunu bildirib.



İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43