“Real”n futbolçusu İspaniya La Liqasında dekabr ayının ən yaxşı oyunçusu bəlli olub.
İdmanxeber.az-ın məlumatına görə, yarımmüdafiəçi Cud Bellinqem bu ada layiq görülüb. 21 yaşlı oyunçu Antuan Qrizmann (“Atletiko”), Rafinya (“Barselona”), Oyan Sanset (“Atletik”), və Sandro Ramiresi (“Las Palmas”) qabaqlayıb.
Bellinqem dekabr ayında La Liqada 4 oyuna 3 qol vurub və 2 məhsuldar ötürmə edib.