“Avro-2016″nın seçmə mərhələsində səfərdə Xorvatiyaya 0:6 hesabı ilə məğlub olan millimiz bu gün Bakıya qayıdıb.
İdmanxeber.com-un məlumatına görə, millimizin kapitanı Rəşad Sadıqov Xorvatiyaya biabırçı hesabla uduzduqları və öz qapısına vurduğu qola görə Azərbaycan xalqından üzr istəyib:
“Məğlubiyyətə görə utanırıq. Əlacım olsa, Bakıya qayıtmazdım. Məcbur olduğum üçün geri qayıtmışam. Futbol bizim işimizdir. Futbolu davam etdirəcəm”.