Kateqoriyasız

Rəşad Sadıqov: “Bilirik ki, nəyə qadirdilər”

“Zalsburq” çox güclü komandadı. Həm sürətli, həm də texnikalı futbola üstünlük verirlər. Rəqibi düzgün analiz edib, yaxşı hazırlaşmışdıq. İkinci hissədə “Zalsburq”un bir neçə qol imkanı oldu. Azlıqda qalmaq planlarımız bir qədər pozdu. On nəfərlə qaldıqda müdafiədə olan boşluqları doldurmaq çətin olur. Ancaq şükürlər olsun ki, Admir Teli qırmızı vərəqə alsa da, 15 dəqiqə sonra komanda yenidən özünü toparladı. Cəmi bir səhv buraxdıq ki, o da qolla nəticələndi. Yenə də qələbə qolunu vura bildik”.

İdmanxeber.com-un məluimatına görə, bu sözləri “Qarabağ”ın müdafiəçisi Rəşad Sadıqov deyib.

Ağdma klubunun təcrübəıli futbolçusu səfər mnatçı ilə bağlı da danışıb: 

“Rəqibin oyununa və gücünə artıq bələdik. Bilirik ki, nəyə qadirdilər. Həmişə Allaha güvənmişik. Səfər oyununda da yaxşı nəticəyə ümid edirik. Qarşıda bizi daha çətin oyun gözləyir. Çalışacağıq ki, vətənə yaxşı nəticə ilə qayıdaq və bizi dəstəkləyən çoxsaylı azarkeşlərimizi sevindirək”.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43