Kateqoriyasız

“Qəbələ”nin baş məşqçisi: “Problemləri gördük”

“Ümümi olaraq dəyərləndirsək, hazırlıq prosesinin gedişindən razı qaldım. Çempionata start verəcəyimiz heyəti formalaşdırmağı bacardıq. Yaxşı oyunlar keçirdik. Yoxlama matçlarında komandanın problemlərini, çatışmayan tərəflərini gördük. Hazırda o problemlərin həlli üzərində çalışırıq”. 

İdmanxeber.com-un məlumatına görə, bu sözləri “Qəbələ”nin baş məşqçisi Dorinel Muntyanu komandasının Hollandiyada başa çatan hazırlıq prosesini klubun saytına şərh edərkən bildirib.  Rumıniyalı mütəxəssis komandanın hazırlığından razı qaldığını deyib

“Bu vaxt kəsiyindən maksimum yararlanacağıq. Komanda yeni formalaşıb, heyətdə yeni futbolçular var. Bu baxımdan komplektləşmək, bütöv komanda kimi formalaşmaq müəyyən vaxt tələb edir.  Fikrimizi çempionatın ilk matçına yönəltmişik. Premyer Liqaya uğurlu start vermək istəyirik”.

Çempionatın ilk turunda “Qəbələ”nin qarşılaşacağı rəqibdən – “İnter”dən danışan Muntyanu uğura aparan vacib məqamlardan da bəhs edib:

“Yeni futbolçu, gənc futbolçu anlayışını ortadan qaldırıb güclü “Qəbələ” formalaşdırmaq istiqamətində işləyirik. Heyətdəki bütün futbolçular bizə lazımdır və onların xidmətindən maksimum yararlanacağıq. Məqsədimiz komandamızın imicini yüksəltmək, onu hədəflərinə çatdırmaqdır. Bunun üçün meydançaya çıxan hər bir futbolçu məsulliyətini yaxşı anlamalı, əzmkar olmalı, gücünü sonadək qoymalıdır. Qarşıda bizi “İnter”lə çətin oyun gözləyir. Rəqib haqda lazımi məlumatlara malikik. Vacib məqam futbolçuların ilk oyuna münasibəti, onların gücünü və bacarığını necə nümayiş etdirməsi ilə bağlıdır. Umumiyyətlə, bu məqam bütün oyunlar üçün həlledicidir. Bu faktorlar bizə istədiyimiz hədəflərə çatmağa imkan yaradacaq”.  


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43