Milli komandamızın kapitanı Rəşad Sadıqov İtaliya ilə matçdan sonra İdmanxeber.com-a müsahibə verib:
– Oyun haqda nə deyərdin: nəticə və oyun ürəyincə oldumu?
– Rəqib imkan verdiyi qədər oynadıq. İtaliya bundan artığına imkan vermirdi. Müdafiədən çıxandan soyuqqanlı idik, yaxşı da top saxlayırdıq. Amma rəqibin cərimə meydançasına yaxınlaşdıqda, görürdün ki, rəqib boşluqlar vermirdi. Bu da olmayanda hücumu istədiyimiz kimi başa vura bilmirdik. Düşündüyümüz hücumları qura bilmədik. Açığı İtaliya bizə yaxşı oyun göstərib, istədiyimiz nəticəni qazanmağa imkan vermədi. Rəqib çox güclü oynadı. Düşünürəm ki, çoxdandı belə rəqibə qarşı oynamırdıq. Çox peşəkar komandadı. Bu cür komandadan baxıb dərs götürmək lazımdı.
– Səfərdə 1:2 hesabı ilə uduzmuşduz. 1:2 hesabı ilə məğlub olduğumuz İtaliyadan indiki arasında fərq var idi?
– 3:1-də necə intizamlı oynadıqları görünürdü. Antonio Konte kənardan göstərişlər verirdi, aparıcı oyunçuları, ulduzları oyunboyu dayanmırdılar. Baxırdın ki, ulduz futbolçuları da meydanın hər qarışı uğrunda mübarizə aparırdılar. Bu cür İtaliyaya qalib gəlmək çox çətindi. Keçən il bu komandaya qarşı oynamışdıq. Bu cür deyildilər. Antonio Kontenin işi göz qabağındadı.
– Andrea Pirlonun yoxluğu meydanda hiss olundu?
– Xeyr hiss olunmadı. Rəqib çox yaxşı oynadı. İtaliyanın yaxşı komanda olduğunu bilirdim, ancaq bu dərəcədə güclü olduğunu gözləmirdim. İstədiyi anda tempi artırırdı, istədiyi anda pressinq edirdi. Müdafiə də yaxşı olunurdu. Konte bir ildi ki, komandada gözəl vəziyyət yaradıb. İtaliyalı oyunçular bir-birini gözüyumulu başa düşürdü. Bu cür İtaliyaya qarşı oynamaq çox ağır idi.
– 13 il əvvəlki oyun sənin üçün çətin olmuşdu , yoxsa bu dəfə??
– Həmin vaxtı daha rahat keçmişdi. Bu dəfə çox ağır oldu. O vaxtı İtaliya belə aqressiv, istəkli oynamırdı. İtaliya o vaxtı Dünya Çempionatından gəlmişdi. İlk oyunu idi bizimlə, DÇ-də uğursuz çıxış etmişdilər. Var gücü ilə oynamırdı. İndi İtaliya isə daha aqressiv və istəkli idi. Avropa çempionatının final mərhələsinə çıxmaq üçün Bakıda işlərini həll etmək istəyirdi. Antonio Konte amili böyük amildi. Görünürdü ki, futbolçuları da Kontedən çəkinirlər. Bütün tapşırıqları yerinə yetirməyə çalışırdılar.
– Bədavi Hüseynovun qırmızı aldığı epizodda öz iradlarını bildirdin?
– İradları deyəndə ki, Covinko sürətli hücumçudu. O, elə epizod oldu ki, məndən də, Maksimdən də qaçdı. Bədavidən də qaçdığı epizod oldu. Bugünki gündə mən və ya Bədavi, Pelleni və yaxud Ederi 90 dəqiqə oynamağa imkan verməyəcəksə, onda biz gərək “İnter” və ya “Milan”da oynayaq. Amma görünür ki, 90 dəqiqə ərzində şans yaxalayıb ustalıqlarını göstərirlər.
– 100-cü oyun ürəyincə oldu?
– Təbii ki, istəyərdim daha yaxşı nəticə olsun. Amma oyun onu göstərdi ki, bir daha təkrar edirəm, bu rəqib üzərində yaxşı nəticəyə ümid etmək olmaz.
– Bolqarıstan matçı haqda nə düşünürsən?
– Meydançda çox ağır idi, yağış yağmışdı. Çox güc sərf etdik həm də. Üç gün sonra Boqlarıstana qarşı oynayarıqı. Bizi ağır səfər matçı gözləyir. Yaxşı köklənməliyik oyuna. Tsikli uğurlu başa vurmağa çalışacağıq.