Az öncə başa çatan "Qəbələ" – "Qarabağ" matçının son anları gərginliyi ilə yadda qalıb.
İdmanxeber.com-un Qəbələyə ezam olunmuş əməkdaşının məlumatına görə, oyunun əsas vaxtına əlavə olunmuş dəqiqələrdə "Qarabağ"ın qapısına təyin olunan penalti futbolçuların etirazına səbəb olub. "Qarabağ"ın kapitanı Rəşad Sadıqov isə hakimə etirazını unikal şəkildə bildirib. Beləki, təcrübəli futbolçu hakimlərin qarşısında dayanaraq onları alqışlayıb.
Qeyd edək ki, matç 1:1 hesabı ilə başa çatıb.

