“Rəvan” qış hazırlıq planının ikinci mərhələsinə başlayıb. Hazırlıq çərçivəsində komanda Türkiyənin Antalya şəhərinə yollanıb.
Yanvarın 14-də səhər saatlarında Bakıdan ayrılan “aslanlar” yerli vaxtla 12:00-da Antalyaya çatıb. Nahar yeməyindən sonra istirahətə buraxılan futbolçular axşam məşqində yenidən bir araya gələcək.
Mənbə: revanfc.az