“Rəvan” Premyer Liqanın 11-ci turu çərçivəsində “Bakı” komandasını qəbul edəcək. Klubun rəsmi saytına istinadən verdiyimiz xəbərə görə, “Rəvan” artıq bu oyuna hazırlığı başa vurub.
Axşam saatlarında “Bayıl Arena” stadionunda keçirilən məşq bu mənada sonuncu olub.
Baş məşqçi Şahin Diniyevin rəhbərliyi altında keçirilən hazırlıq ənənəvi olaraq yüngül xarakterli olub. İsinmə hərəkətlərindən sonra futbolçular müxtəlif taktiki və texniki gedişlər üzərində çalışıb. Zədəsini sağaltmaq üzrə olan Elvin Həsənəliyev və yüngül zədəsi olan Sohib Savankulov fərdi proqramda məşq edib.
Qeyd edək ki, “Rəvan” – “Bakı” oyunu sabah saat 18:00-da “Bayıl Arena” stadionunda keçiriləcək.