“Rəvan”ınəvəzedicilərdən ibarət komandası da mövsümün ikinci yarısına hazırlaşır.
Anar Vəliyevin yetirmələri təxminən bir həftəlik məşq prosesindən sonra yoldaşlıq oyununda qüvvəsini sınayıb.
Birinci divizion təmsilçisi “Mil-Muğan”la qarşılaşan əvəzedicilər qələbə qazanıb. 55-ci dəqiqədə Vüsal İsgəndərovun vurduğu qol yeganə olub.