“Klubun bazası olmasa çempionatda tab gətirmək çətin olacaq. Nə qədər güclü transferlər etsən belə bir fayda verməyəcək”.
Bu sözləri idmanxeber.com-a “Rəvan”ın sabiq çalışdırıcısı Ramil Əliyev deyib.
Hal-hazırda bu klubun 19 yaşlılardan komandasını çalışdıran Əliyev daha soinra sözlərinə belə davam edib:
“Bilirsiz, baza çox önəmli məsələdir. Premyer Liqa klublarının 10-dan 8-nin bazası var. Ona görə deyirəm ki, nə qədər güclü transferlər etsən belə bu müvəqqəti nəticə qazanmağa yetəcək, arcıdıl olmayacaq. Yenə deyirəm, futbolda baza klubun təməlidir”.