Kateqoriyasız

“Rəvan”ın yeni idman direktoru

“Rəvan” FK-da uşaq və yeniyetmə futbolu ilə bağlı fəaliyyət göstərmək üçün AFFA tərəfindən təyin edilən idman direktoru Peter Neuştadterin təqdimat mərasimi keçirilib.
İdmanxeber.com-un məlumatına görə, tədbirdə paytaxt təmsilçisinin idman direktoru Füzuli Əliyev, uşaq futbolunun rəhbəri Bəhmən Həsənov və məşqçi heyəti iştirak ediblər.
“Rəvan” FK-nın aşağı yaş qrupları üzrə komandalarına rəhbərlik edən məşqçilərlə tanış olan Peter Neuştadter klubdakı gələcək fəaliyyəti barədə məlumat verib. 48 yaşlı almaniyalı mütəxəssis təyinatından məmnun olduğunu və əməkdaşlığın öz müsbət nəticələrini göstərəcəyinə əminliyini ifadə edib.
Qeyd edək ki, AFFA İcraiyyə Komitəsinin 2013-cü il dekabrın 18-də keçirilmiş iclasında qəbul olunan qərarlardan biri də Topaz Premyer Liqasında çıxış edən klublarda uşaq və yeniyetmə futbolu ilə bağlı fəaliyyət göstərmək üçün AFFA tərəfindən idman direktoru təyin olunması idi.

İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43