25 İyun 2026
Dünya futbolu

“Roma”nın futbolçusu Argentina klubuna keçir

“Roma” klubunda çıxış edən Paulo Dibalanın gələcəyi qeyri-müəyyəndir.

İdmanxeber.az-ın məlumatına görə, mövsümün sonunda müqaviləsi başa çatacaq argentinalı hücumçu Boca Juniors ilə danışıqlar aparır və yayda vətəninə qayıda bilər.

Bununla belə, Roma da ona yeni – daha sərfəli şərtlərlə müqavilə təklif etməyi planlaşdırır. 30 yaşlı futbolçu cari mövsümdə 22 matçda 3 qol və 4 assistlə yadda qalıb.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43