Dünya futbolu

“Roma”nın müdafiəçisi “Napoli”də

Müdafiəçi Leonardo Spinazzola “Napoli”yə keçməyə yaxındır.

İdmanxeber.az-ın məlumatına görə, 31 yaşlı italiyalı neapollularla 2026-cı ilin yayına qədər müqavilə bağlamağa razılaşıb. Artıq futbolçu ilə sözləşmə imzalanıb.

Spinazzolanın əvvəlki klubu 2019-cu ilin iyulundan çıxış etdiyi “Roma” olub. 2023/24 mövsümündə futbolçu romalıların heyətində bütün yarışlarda 36 matçda 1 qol vurub və 4 məhsuldar ötürmə edib.

2023/24 mövsümünün sonunda müqavilə müddəti başa çatdığı üçün futbolçu “Roma”dan ayrılıb.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43