Milli komandamızın üzvü Ruslan Abışov “Rubin”dən ayrılır.
İdmanxeber.com-un məlumatına görə, bununla bağlı “KazanFirst” portalı məlumat yayıb. Xəbərdə bildirilir ki, “Rubin”lə hələ yarım illik müqaviləsi olan Abışov ehtiyyatda qaldığından artıq komandadan ayrılmaq qərarına gəlib. Futbolçumuzun transfer qiymətinin 400 min avro olduğunu açıqlayıblar.
Qeyd edək ki, Ruslan 2013-cü ildə “Rubin”in sabiq baş məşqçisi Kurban Berdıyevin istəyi ilə “Xəzər Lənkəran”dan transfer olunmuşdu.