Azərbaycan milli komandasının vitse-kapitanı, Rusiyanın “Rubin” klubunun üzvü Ruslan Abışov zədələnib. O, Azərbaycan millisinin Rusiyaya qarşı keçirdiyi oyunda xəsarət alıb.
Müayinədən sonra məlum olub ki, Ruslanın topuğunda problem var. Bu səbəbdən Abışov ən azından 2 həftə dincəlməlidi. O, bu gün daxili çempionatda “Volqa”, növbəti həftədə isə “Lokomotiv”lə keçiriləcək matçı kənardan izləyəcək. Bundan əlavə, Ruslan Abışov Avropa Liqasının “Viqan”a qarşı matçında da “Rubin”ə kömək edə bilməyəcək.
Ruslanın zədədən əziyyət çəkdiyini əməkdaşımızla söhbətində qardaşı Sərxan İbrahimoğlu da təsdiqləyib.
Futbol11.az