İdman

Ruslar Bakıda təxribata əl atdı

Bakıdakı “Atletlər kəndi”ndə Rusiya və Ukraynadan olan idmançılar arasında qarşıdurma olub.

İdmanxeber.com-un məlumatına görə, rusiyalı və ukraynalı idmançıların bir qrupu arasında insident yaranıb və onlar mübahisə edərək “atışıblar”.

Emosiyalarına hakim ola bilməyən idmançılar daha sonra əlbəyaxa davaya keçiblər. Olimpiya kəndinin əməkdaşları dalaşan idmançıları sakitləşdirə biliblər.(virtualaz.org)


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43