08 Sentyabr 2024
Ölkə futbolu

“Sabah”da ciddi itkilər

“Sabah” bu gün Azərbaycan Premyer Liqası 21-ci turu çərçivəsində keçiriləcək “Turan Tovuz” görüşünə itkilərlə çıxacaq.

İdmanxeber.az-a verilən məlumata görə, paytaxt təmsilçisinin heyətində Cesse Sekidika, Kristian Sebalyos, Ayaz Quliyev və Nicat Mehbalıyev zədə səbəbindən bölgə klubuna qarşı çıxış edə bilməyəcək.

Bunlarla yanaşı, ötən tur “Zirə” ilə oyunda qırmızı vərəqə alan Elvin Camalov da “Turan Tovuz”la oyunu buraxacaq.

“Sabah” – “Turan Tovuz” matçı bu gün saat 17:30-da start götürəcək.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43