“Sabah” klubunun futbolçusu Anatoli Nuriyev əməliyyat olunub.
İdmanxeber.az-ın məlumata görə, oyunçu ikitərəfli qasıq yırtığından cərrahi müdaxiləyə ehtiyac duyub.
Almaniyanın Münhen şəhərindəki klinikalardan birində baş tutan əməliyyat uğurla başa çatıb.
Həkimlərin rəyinə əsasən, Nuriyev 2 həftə sonra məşqlərə başlaya biləcək.