Dünya futbolu

Sabiq “Fənərbağça”lı: “Məqsəd pul qazanmaq olub”

Bir vaxtlar İstanbul nəhəngi “Fənərbağça”nın formasını geyinən Daniel Quiza ölkə mətbuatına maraqlı müsahibə verib. Hazırda İspaniyanın 3-cü liqasında çıxış edən “Atletiko Sanluqueno”da forma geyinən futbolçu karyerası ilə bağlı maraqlı firkirlər səsləndirib:

“Futbol oynayanda hər zaman xoşbəxt oluram. Çünki insan sevdiyi işi görəndə xoşbəxt olur.”

38 yaşlı futbolçu karyerası boyunca ən yaxşı şeyin nə olduğunu sualına isə belə cavab verib:

“Təbii ki, pul qazanmaq olub. Yox, zarafat edirəm. Ən yaxşı qərarım İspaniya milli komandasını seçmək olub”.

Quiza 2008-2009 mövsümündə “Fənərbağça” formasını geyinib.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43