Dünya futbolu

Sabiq “Xəzər Lənkəran”lı Superliqaya transfer olundu

 “Antalyaspor” klubu daha bir futbolçunu heyətinə qatıb.

Superliqaya yüksələn komanda vaxtilə Azərbaycan çempionatında çıxış etmiş hücumçu ilə güclənib.

Söhbət 2013-14 mövsümünü “Xəzər Lənkəran”da keçirmiş kamerunlu futbolçu Etame Mbilladan gedir. 27 yaşlı forvard “Samsunspor”dan ayrılaraq, Antalya təmsilçisi ilə 2 illik müqavilə imzalayıb.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43