Kateqoriyasız

“Şahdağ” klubu məlum olayla bağlı bəyanət yaydı

I Divizionun 2-ci turu çərçivəsində “Şahdağ” – "Qaradağ Lökbatan" matçından sonra baş verən hadisələr futbol ictimaiyyətində ajiotaja səbəb oldu. Oyunun 9-cu dəqiqəsində “Şahdağ”ın futbolçusu Məhəmməd Hüseynov “Qaradağ Lökbatan”ın üzvü Timur Dadaşova qarşı kobud oynayaraq ona zədə yetirib.

Nəticədə futbolçumuz sarı vərəqə ilə cəzalandırılıb, “Qaradağ Lökbatan”ın oyunçusu isə dərhal təcilli tibbi yardım maşını ilə xəstəxanaya çatırılıb. Orada isə futbolçuya lazımı tibbi yardım göstərilib. Hətta, "Şahdağ" futbol klubunun prezidenti Ərəstun Niftiyev də şəxsən həmin xəstəxanaya gedərək Dadaşovun səhhəti ilə maraqlanıb və lazım olan köməkliyi göstərib. Daha sonra prezidentimizin sayəsində zədəli futbolçu Bakiya göndərilib.

Ancaq çox təəssüf ki, “Qaradağ Lökbatan” rəsmiləri oyundan sonra mətbuatda yanlış informasiyalar yayıb. Onların söylədikləri həqiqətə uyğun deyil.

“Şahdag” FK aldığı zədə nəticəsində Timur Dadaşovun səhhətində yaranan problemlərə görə təssüflənir. Allahdan futbolçuya şəfa diləyir.

“Şahdag” klubunun mətbuat xidməti


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43