Azərbaycan Şahmat Federasiyasının (AŞF) növbəti hesabat-seçki konfransı keçirilib.
Gənclər və İdman Nazirliyində təşkil edilən tədbirdə Azərbaycan Şahmat Federasiyasının rəhbərliyinə yeni seçkilər keçirilib.
Səsvermə nəticəsində uzun illər AŞF-də vitse-prezident kimi çalışan, həm də Beynəlxalq Şahmat Federasiyasının vitse-prezidenti olan Mahir Məmmədov 4 il müddətinə federasiyanın prezidenti seçilib. O, bu vəzifədə O, Azərbaycan Mərkəzi Bankının sədri Elman Rüstəmovu əvəzləyib.
Faiq Həsənov federasiyanın 1-ci vitse-prezidenti, Seymur Talıbov isə vitse-prezident kimi işini davam etdirəcək. AŞF-nin prezident və vitse-prezidenti həm də İcraiyyə Komitəsinə üzv kimi təsdiqlənib. Eyni zamanda Sərxan Həşimov və beynəlxalq qrossmeyster Cahangir Ağarəhimov İcraiyyə Komitəsinə üzv seçilib.
Azərbaycan Şahmat Federasiyasına 2007-ci ildən Elman Rüstəmov rəhbərlik edirdi.