Milli komanda

“Şahruddin oyunu ilə qol buraxmamağa layiq idi” – De Byazi

“Oyundan çox razı qaldım. Çox yaxşı işlər gördük. Amma daha yaxşısını bacararıq. 90 dəqiqə mübarizəni dayandırmadıq. Buraxdığımız qola görə narahat oldum. Şahruddin oyunu ilə qol buraxmamağa layiq idi”.
İdmanxeber.az-ın məlumatına görə, bunu millimizin baş məşqçisi Canni De Byazi Moldova yığması ilə yoldaşlıq oyunu barədə danışarkən deyib.

İtalyan mütəxəssin matçdan sonra təşkil edilən mətbuat konfransında 2:1 hesablı qələbəni belə şərh edərkən Bəxtiyar Həsənalızadə və Anton Krivotsyuk cütlüyündən razılıq bildirib:

“Buraxdığımız qolda daha yaxşı davranmaq olardı. Bu gün yeni müdafiə xətti ilə çıxış etdik. Bəxtiyar Həsənalızadə və Anton Krivotsyukdan razı qaldım. Bəzi itkilərimiz var. Bədavi Hüseynovun yoxluğu istər-istəməz təsir edir. Ümid edirəm ki, o, martdakı görüşə hazır olacaq”.

Baş məşqçi noyabrın 20-də səfərdə Şimali Makedoniya ilə keçiriləcək matçla bağlı fikirlərini bildirib: “Şimali Makedoniyanı yaxşı tanıyıram. Çox yaxşı komandadır. Albaniyada çalışarkən onlara rəqib olmuşam. Bu matçda da uğurlu nəticə üçün çalışacağıq”.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43