Afrika Millətlər Kubokunda zədələnən Salahın zədəsi ilk düşünüləndən daha ciddi olub.
İdmanxeber.az-ın məlumatına görə, misirli oyunçunun agenti 31 yaşlı vingerin 3-4 həftə meydanlardan uzaq qalacağını açıqlayıb.
Salah milli komandanın düşərgəsini tərk edərək Liverpula geri dönüb. O, müalicəsini burada davam etdirəcək.