İdman

“Şalke” – “Nitsa” matçına azərbaycanlı damğası (VİDEO)

Avropa Liqasının qrup mərəhləsi çərçivəsində "Şalke" öz meydanında "Nitsa"ya qalib gəlib – 2:0.

İdmanxeber.com-un məlumatına görə, Almaniyada keçirilən görüşü azərbaycanlı FIFA referisi Əliyar Ağayev idarə edib. Ona yan xətt hakimləri Zeynal Zeynalovla Rza Məmmədov kömək edib.

Orxan Məmmədov və Rəhim Həsənov isə əlavə köməkçi hakim olub. Dördüncü hakim funksiyasını Mübariz Həşimov yerinə yetirib.

Referimiz bu matçda 7 futbolçunu cəzalandırıb. Görüşdə "Şalke"nin xeyrinə 1 penalti verən Ağayev oyunun son dəqiqələrində meydan sahiblərinin 1 futbolçusuna ikinci sarı vərəqəni göstərməklə meydandan qovub.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43