28 Dekabr 2024
Ölkə futbolu Premyer Liqa

“Şamaxı” – “Qarabağ” qarşılaşması Əhmədova tapşırıldı

Misli Premyer Liqasının III turundan təxirə salınmış “Şamaxı” – “Qarabağ” qarşılaşmasının təyinatları açıqlanıb.

İdmanxeber.az AFFA-nın mətbuat xidmətinə istinadən xəbər verir ki, dekabrın 19-da keçiriləcək matçı Rəşad Əhmədov idarə edəcək.

Şamaxı şəhər stadionunda baş tutacaq oyunun start fiti saat 14:00-da səsləndiriləcək.

Misli Premyer Liqası

III turdan təxirə salınmış oyun

19 dekabr

14:00. “Şamaxı” – “Qarabağ”

Hakimlər: Rəşad Əhmədov, Vüsal Məmmədov, Teymur Teymurov, Rauf Allahverdiyev.
VAR: İnqilab Məmmədov.
AVAR: Namiq Hüseynov.
Hakim-inspektor: Rəhim Həsənov.
AFFA nümayəndəsi: Azər Əsgərov.
Şamaxı şəhər stadionu


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43