"Çelsi" klubunun kamerunlu hücumçusu Samuel Etonun yaşı ətrafında qalmaqal yaranıb. Bu yaxınlarda londonluların baş məşqçisi Joze Mourinyo belə bir ifadə işlətmişdi:
"Problem ondadır ki, bizim bombardirimiz yoxdur. Təkcə Samuel Etodur. Onun isə ya 32, ya da 35 yaşı var."
Futbolçunun keçmiş həyat yoldaşı Anna Baranka isə qalmaqalla bağlı bu cür fikir bildirib:
"Fikrimcə, Samuelin yaşı 35 yox, daha çoxdur. İndi onun 39 yaşı var. O, 1974-cü ildə dünyaya gəlib. Ona görə də onun 39 yaşı var. Bəllidir ki, Samuel Avropaya gələndə, göstərilən yaşdan daha böyük görsənirdi"
Xatırladaq ki, kamerunlunun rəsmi mənbələrdə 32 yaşı olduğu göstərilir.