Ceydon Sanço 3 illik fasilədən sonra yenidən “Borussiya”ya (Dortmund) geri dönüb.
İdmanxeber.az-ın məlumatına görə, 23 yaşlı vinger mövsümün sonuna qədər icarə əsasında Dortmund klubunda çıxış edəcək. “Borussiya” ona görə “Mançester Yunayted”ə 4 milyon avro ödəyəcək.
Almaniya klubu qış transfer pəncərəsində artıq iki transfer edib. Sançoyla yanaşı sol cinah müdafiəçisi İan Matsen də icatə əsasında “sarı-qaralar”da çıxış edəcək.