17 Sentyabr 2024
Milli komanda

Santuşun qəzəbinə tuş gəldi, öncə əvəzləndi, sonra məzəmmət olundu (VİDEO)

Azərbaycan millisinin baş məşqçisi Fernandu Santuş hazırda davam edən Slovakiya matçında Amin Seydiyevə əsəbləşib

İdmanxeber.az-ın “Misli”nin dəstəyi ilə Slovakiyaya ezam olunmuş əməkdaşı xəbər verir ki, buna səbəb medafiəçinin çox aşağı səviyyədə çıxış etməsidir. Futbolçunun qapımızda gördüyümüz 2 qolda da səhv etməsi portuqaliyalı mütəxəssisi özündən çıxarıb.

Təcrübəli çalışdırıcı ilk hissəsinin bitimini gözləmədən Seydiyevin yerinə Abbas Hüseynovu meydana buraxıb. Daha sonra isə ona kəskin şəkildə öz iradlarını bildirib.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43