“Biz ilk növbədə II təsnifat mərhələsini adlamalyıq. “Styarnan”la cavab matçımız var. Növbəti oyunda da yaxşı nəticə qazanıb mərhələ keçsək, rəqiblər haqda danışa bilərik. Ancaq indi “Qarabağ” və “Rudar” məni maraqlandırmır”.
İdmanxeber.com-un məlumatına görə, bu sözləri Şotlandiyanın “Seltik” klubunun baş məşqçisi Ronni Deyla Çempionlar Liqasının III təsnifat mərhələsinin püşkünü dəyərləndirrkən deyib.
Norveçli mütəxəssis “Styarnan” səddini keçəcəklərinə inandığını da bildirib:
“İlk görüşdə komandam yaxşı oynadı. Xeyli qol imkanlarımız olsa da, iki qol vura bildik. Cavab matçına üstünlüklə çıxacağıq”.
Xatırladaq ki, “Seltik” – “Styarnan” cütünün qalibi növbəti mərhələdə “Qarabağ” – “Rudar” cütünün qalibi ilə qarşılaşacaq.