UEFA Çempionlar Liqasının III təsnifat mərhələsinin cavab görüşü çərçivəsində “Seltik”i qəbul edəcək “Qarabağ” matça ciddi itki ilə çıxacaq.
İdmanxeber.com-un məlumatına görə, zədə səbəbindən ilk görüşü buraxmalı olan Maksim Medvedev bugünkü qarşılaşmada da meydana çıxa bilməyəcək.
Qeyd edək ki, Maksim “Seltik”lə Şotlandiyada keçirilən matçın oyunöncəsi məşqində zədə almış və buna görə də ilk oyunu da buraxmalı olmuşdu