Şenol Güneş Cənubi Koreya millisinin baş məşqçisi ola bilər.
İdmanxeber.az-ın məlumatına görə, təcrübəli məşqçinin köməkçisi Şeref Çiçek bu barədə danışıb. O bildirib ki, Asiya millisindən təklif gələcəyi halda 70 yaşlı mütəxəssis bunu qəbul edəcək.
Şenol Güneş son olaraq “Beşiktaş”ı çalışdırıb. O, ötən ilin oktyabrından bəri işsizdir.
Güneş 2002-ci ildə Türkiyə millisini Dünya Çempionatında üçüncü etməyi bacarıb.