27 Dekabr 2024
Dünya futbolu

“Sevilya”da yeni müqavilə

“Sevilya” müdafiəçi Kike Salasın sözləşməsinin müddətini uzadıb.

İdmanxeber.az-ın məlumatına görə, futbolçu ilə 2029-cu ilin yayına kimi müqavilə bağlanıb. Salas klubun yetirməsidi.

O, bu mövsüm komandanın heyətində meydana çıxdığı 14 rəsmi matçda 2 qol ötürməsi ilə yadda qalıb.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43