Dünya futbolu

Şimali İrlandiya Bakıda dəstəksiz qalmayacaq

Şimali İrlandiya Bakıda dəstəksiz qalmayacaq.

İdmanxeber.com-un məlumatına görə, Britaniya təmsilçisini DÇ-2018-in seçmə mərhələsinin oyununda 200-dən artıq azarkeş dəstəkləyəcək.

Azarkeşlərin bir qismi sabah paytaxtımıza təşrif buyuracaqsa, əksəriyyəti oyun günü səhər saatlarında Azərbaycanda olmağı planlaşdırır.

Qeyd edək ki, Azərbaycan – Şimali İrlandiya oyunu iyunun 10-da Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43