Çempionlar Liqasının 1/8 finalında “Olimpiakos”la cavab matçında zədələnərək meydanı tərk edən Robin Van Persinin son durumu müəyyənləşib.
İdmanxeber.com-un məlumatına görə, “qırmızı şeytanlar”ın hollandiyalı hücumçusu dünən tibbi müayinədən keçib. Van Persinin azı 1 ay futboldan uzaq qalacağı açıqlanıb.
Beləliklə, hollandiyalı oyunçu ÇL-də “Bavariya” ilə hər iki oyunu buraxmalı olacaq.